Blogs

Ramil Gachay's picture

Vergi qanunvericiliyini öyrənək. Dərs #77 (Əlavə dəyər vergisi)

Fəsil XI. Əlavə dəyər vergisi
Maddə 153. Əlavə dəyər vergisi anlayışı
153. Əlavə dəyər vergisi (bundan sonra ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron vergi hesab-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir.

Ramil Gachay's picture

Vergi qanunvericiliyini öyrənək. Dərs #76

Maddə 151. Cari vergi ödəmələri

151.1. Hüquqi şəxslər və fərdi sahibkarlar rüb qurtardıqdan sonra 15 gündən gec olmayaraq cari ödəmələri dövlət büdcəsinə ödəməlidirlər. Bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlar mənfəət vergisini yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödəyirlər. Hər ödəmənin məbləği əvvəlki vergi ilində hesablanmış vergi məbləğinin 1/4 hissəsini təşkil edir. Xüsusi notariuslar bu Məcəllənin 101.4-cü maddəsi ilə müəyyən edilmiş dərəcə ilə hesablanmış vergini növbəti ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödəməlidirlər.

Ramil Gachay's picture

Vergi qanunvericiliyini öyrənək. Dərs #75

Maddə 149. Bəyannamənin verilməsi

149.1. Aşağıdakı vergi ödəyiciləri bu Məcəllənin 149.2-ci maddəsində göstərilən müddətlərdə vergi orqanlarına bəyannamə verirlər:

149.1.1. rezident müəssisələr;

149.1.2. Azərbaycan Respublikasında daimi nümayəndəliyi olan qeyri-rezidentlər;

149.1.3. vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirindən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər;

Ramil Gachay's picture

Vergi qanunvericiliyini öyrənək. Dərs #74

 

Maddə 146. Hüquqi şəxsin yaranması

146.1. Aktivlərin verilməsi aşağıdakı hallarda onların vergiyə cəlb olunan təqdim edilməsi sayılmır:

146.1.1. şəxs və ya şəxslər qrupu aktivləri hər hansı hüquqi şəxsə bu hüquqi şəxsdə iştirak payı əvəzinə verirsə (hər hansı öhdəlik götürməklə və ya götürməməklə);

146.1.2. şəxs və ya şəxslər qrupu bilavasitə mübadilədən sonra hüquqi şəxsdə iştirak paylarının 100 faizinə sahib olursa.

Ramil Gachay's picture

Vergi qanunvericiliyini öyrənək. Dərs #73

Bu günki yazıda VM-nin 144-cü və 145 maddə ilə toxunacayıq. 145-ci maddə hüquqi şəxsin ləğv edilməsinə aiddir (hüquqi şəxs ləğv edilərkən vergiyə cəlb olunan vəsaitlər və s.)

Maddə 144. Gəlirin və ya zərərin qəbul edilməməsi

144.1. Vergi tutulan gəlir müəyyən edilərkən aşağıdakı hallarda gəlir və ya zərər nəzərə alınmır:

144.1.1. aktivlər ər və arvad arasında verildikdə;

144.1.2. aktivlər keçmiş ər-arvad arasında boşanma prosesində verildikdə;

Ramil Gachay's picture

Vergi qanunvericiliyini öyrənək. Dərs #72

Maddə 140. Maliyyə lizinqi

140.1. İcarəyə verən maddi əmlakı maliyyə lizinqi müqaviləsi üzrə icarəyə verirsə, vergitutma məqsədləri üçün icarəçi əmlakın sahibi, icarə ödəmələri isə icarəçiyə verilmiş ssuda üzrə ödəmələr sayılır.

140.2. Aşağıdakı hallarda əmlak icarəsi maliyyə lizinqi sayılır:

Ramil Gachay's picture

Vergi qanunvericiliyini öyrənək. Dərs #71

Vergi Məcəlləni öyrənməyə davam edirik. Bu blogda biz sadəcə maddələri göstəririk və xırda-xırda onlarla tanış oluruq. Artlq 137-ci maddəsinə çatmışıq. və qabaqda hələ 84 maddə var. Yarasından keçmişik çoxdan. Getdikcə maddələr daha da mürəkkəbləşir və onları oxumaq belə asan olmaya da bilər. Bu gün uzunmüddətli müqavilə barədə maraqlı faktla tanış olacaqsınız. Misal üçün, müqavilədə göstərilən işlərin başlandığı gündən 6 ay ərzində başa çatdırılmasını nəzərdə tutan müqavilələr uzunmüddətli müqavilələrə aid edilmir.

 

Ramil Gachay's picture

Vergi qanunvericiliyini öyrənək. Dərs #70

Kassa metodundan başqa hesablaşma metodu da mövcuddur.

 

Maddə 134. Hesablama metodundan istifadə edilərkən gəlirin və xərcin uçotu qaydası

Hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq gəlirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır.

 

Maddə 135. Hesablama metodundan istifadə olunarkən gəlirin əldə edilməsi vaxtı

Ramil Gachay's picture

Vergi qanunvericiliyini öyrənək. Dərs #69 (uçot və kassa)

Gəlirin və xərcin uçotu çox vacib məsələdir və vergi ödəyicisi buna xüsusi diqqət yetirməlidir. Yarana biləcək problemlərin qarşısını almaq üçün ən effektiv üsullardan biridir.

Maddə 130. Gəlirin və xərcin uçotu qaydası

Ramil Gachay's picture

Vergi qanunvericiliyini öyrənək. Dərs #68

Əgər xarici ölkədə gəliriniz mövcuddursa və orada vergi ödəyirsinizsə, bu hələ o demək deyil ki, Azərbaycanda vergidən azadsınız. VM-nin 127 və 128-ci maddələrlə tanış olmağınız məqsədə uyğun olardı.

Maddə 127. Xarici ölkədə ödənilən verginin nəzərə alınması

127.1. Rezidentin Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan mənbəyindən olmayan gəlirindən ödənilmiş gəlir vergisinin və ya mənfəət vergisinin məbləğləri Azərbaycanda vergi ödənilərkən nəzərə alınır.

Səhifələr

Education - This is a contributing Drupal Theme
Design by WeebPal.