A
(11)
| B
(9)
| C
(6)
| D
(6)
| E
(3)
| G
(2)
| H
(4)
| İ
(11)
| K
(5)
| L
(1)
| M
(3)
| N
(2)
| P
(5)
| Q
(3)
| R
(7)
| S
(10)
| T
(5)
| U
(1)
| V
(5)
| X
(2)
| Y
(3)
| Z
(1)
| Ə
(6)
Başlıq |
İzahı |
Depozit |
Depozit - müvafiq müqavilə şərtləri ilə faizlər və ya komisyon haqqlar ödənilməklə və ya ödənilmədən müştərilərin (əmanətçilərin) tələbi ilə qaytarılmasını və ya başqa hesaba köçürülməsini nəzərdə tutan bankın balansında aparılan cari, əmanət (depozit) və ya digər hesaba qoyulmuş və ya köçürülmüş pul vəsaitidir. |
Diskresion səlahiyyətlər |
Diskresion səlahiyyətlər - qanunla dövlət orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi |
Dotasiya |
Dotasiya - dövlət büdcəsindən dövlət subyektlərinin büdcəsinə və yerli büdcələrə (və ya digər təşkilatlara) onların gəlir və xərclərini tənzimləmək məqsədi ilə əvəzsiz verilən maliyyə vəsaiti. |
Dövlət |
Dövlət siyasi birlik olmaq etibarı ilə müəyyən struktura malik olan, siyasi hakimiyyətin müəyyən təşkili ilə səciyyələnən və müəyyən ərazidə sosial proseslərin tənzimlənməsini təmin edən xususi təsisatdır. Dövlət xüsusi siyasi təsisat olmaqla cəmiyyətin siyasi sisteminin özəyini təşkil edir. |
Dövlət sirri |
Dövlət sirri - dövlətin hərbi, xarici-siyasi, iqtisadi, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti ilə bağlı olub, dövlət tərəfindən mühafizə edilən və yayılması Azərbaycan Respublikasının təhlükəsizliyinə ziyan vura bilən məlumatlardır |
Dəbbə pulu |
Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. |
Education - This is a contributing Drupal Theme
Design by
WeebPal.