A
(11)
| B
(9)
| C
(6)
| D
(6)
| E
(3)
| G
(2)
| H
(4)
| İ
(11)
| K
(5)
| L
(1)
| M
(3)
| N
(2)
| P
(5)
| Q
(3)
| R
(7)
| S
(10)
| T
(5)
| U
(1)
| V
(5)
| X
(2)
| Y
(3)
| Z
(1)
| Ə
(6)
Başlıq |
İzahı |
Radiotezlik |
Radiotezlik — açıq fəzada (efirdə) sərbəst yayılan elektromaqnit dalğaları spektrinin ayrı-ayrı tərkib hissələri.
|
Referendum |
Referendum — qanunla müəyyən edilən məsələlər üzrə vətəndaşlarının səsverməsi. |
Reklam |
Reklam — fiziki və hüquqi şəxslər, əmtəə, ideya və yeniliklər (reklam informasiyası) haqqında maraq formalaşdırmaq və ya bu marağı saxlamaq, əmtəənin satılmasına, ideya və yeniliklərin həyata keçirilməsinə kömək göstərmək məqsədi ilə yayılan informasiya. |
Rekvizisiya |
Rekvizisiya - təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda müvafiq dövlət orqanlarının qərarı ilə mülkiyyətçidən əmlak qanunla müəyyənləşdirilmiş qaydada və şərtlərlə, dəyəri mülkiyyətçiyə ödənilməklə cəmiyyətin mənafeləri üçün alınması. |
Reprosurətçıxarma |
Reprosurətçıxarma — əsərin (yazılı və başqa qrafik əsərin) orijinalının və ya nüsxəsinin fotosurətçıxarma yolu ilə və ya nəşretmə istisna olmaqla, digər texniki vasitələrin köməyi ilə hər hansı ölçüdə (böyüdülmüş, yaxud kiçildilmiş) faksimilesinin çıxarılması |
Royalti |
Royalti — ədəbiyyat, incəsənət, yaxud elm əsərləri, proqram təminatı, kinematoqrafik filmlər və digər qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunması, yaxud istifadə hüquqlarının verilməsinə görə, istənilən patentə, ticarət markasına, dizayn, yaxud modelə, plana, məxfi düstura, yaxud prosesə, sənaye, kommersiya, yaxud elmi təcrübəyə aid olan informasiyaya, sənaye, kommersiya və ya elmi avadanlıqdan istifadə, yaxud istifadə hüquqlarının verilməsinə görə mükafat şəklində alınan ödənişlərdir. |
Rəqabət |
Rəqabət (bazar subyektləri arasında) — sahibkarlıq fəaliyyətinin ən əlverişli şərtləri uğrunda mübarizənin elə formasıdır ki, bu zaman onların müstəqil fəaliyyəti hər birinin bazarda əmtəə (məhsul, iş, xidmət) dövriyyəsinin ümumi vəziyyətinə təsir etmək imkanını əsaslı surətdə məhdudlaşdırır və istehlakçıya lazım olan əmtəələrin istehsalını stimullaşdırır |
Education - This is a contributing Drupal Theme
Design by
WeebPal.