A (11) | B (9) | C (6) | D (6) | E (3) | G (2) | H (4) | İ (11) | K (5) | L (1) | M (3) | N (2) | P (5) | Q (3) | R (7) | S (10) | T (5) | U (1) | V (5) | X (2) | Y (3) | Z (1) | Ə (6)
Başlıq İzahı
Plagiatçılıq Plagiatçılıq — əsərin başqa şəxsin adı altında tam və ya qismən açıqlanması, yəni özgənin elmi, ədəbi, bədii və ya digər növ əsərini öz adı ilə nəşr etdirməsi, yaxud özgənin müəllifliyini mənimsəmə və ya mənbəyi və müəllifi göstərilmədən əsəri və ya onun bir hissəsini köçürməklə yeni əsərin yaradılması, bu cür əsərlərin yenidən dərc edilməsi, qəzet, jurnal məqalələrinin və yayım təşkilatları üçün verilişlərin hazırlanması, habelə şərikli müəllifliyə məcbur etmə
Prokuror Prokuror — öz səlahiyyətləri daxilində Qanunda nəzərdə tutulmuş qaydada cinayət işləri üzrə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən və ya dövlət ittihamçısı qismində məhkəmədə ictimai, yaxud ictimai-xüsusi ittihamı müdafiə edən şəxsdir
Protest Protest — dövlət ittihamçısının iştirak etdiyi cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material üzrə hökmdən və ya məhkəmənin digər qərarından prokurorun yuxarı məhkəməyə verilən şikayətidir
Prudensial Prudensial - bankın təhlükəsiz fəaliyyətinin təmin edilməsinə istiqamətlənmiş normativlərə, qaydalara, tələblərə və göstərişlərə əsaslanmış düşünülmüş davranış, idarəetmə və nəzarət üsuludur.
Pornoqrafik materiallar Pornoqrafik materiallar - əsas məzmunu seksual münasibətlərin anatomik və fizioloji cəhətlərinin kobud və ləyaqətsiz təsviri olan bədii, foto, rəsm əsərləri, informasiyalar və digər materiallar
Education - This is a contributing Drupal Theme
Design by WeebPal.