A
(11)
| B
(9)
| C
(6)
| D
(6)
| E
(3)
| G
(2)
| H
(4)
| İ
(11)
| K
(5)
| L
(1)
| M
(3)
| N
(2)
| P
(5)
| Q
(3)
| R
(7)
| S
(10)
| T
(5)
| U
(1)
| V
(5)
| X
(2)
| Y
(3)
| Z
(1)
| Ə
(6)
Başlıq |
İzahı |
Alğı-satqı müqaviləsi |
Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. |
Alimentlər |
Alimentlər - (lat. alimentum — qidalanma, saxlama) — ər-arvad, valideynlər və uşaqlar tərəfindən saxlaması və dolandırılması üçün qanunvericiliyə uyğun olaraq məcburi şəkildə bir-birinə ödənilən vəsaitlər. |
Alternativ enerji |
Alternativ enerji - karbohidrogen yanacağının istilik və elektrik enerjisinə çevrilməsindən alınan enerjidən başqa, digər mənbələr (bərpa olunan mənbələr) əsasında istehsal olunan bütün növ istilik və elektrik enerjisi |
Andlı iclasçı |
Andlı iclasçı — qanunvericiliklə müəyyən edilmiş qaydada andlı iclasçılar siyahısına daxil edilmiş, qanunla nəzərdə tutulmuş qaydalar üzrə seçilmiş və ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək üçün məhkəməyə çağırılmış şəxsdir |
Apatrid |
Apatrid (Lat. apatris və qədim yunan ἄπολις, həmçinin vətəndaşlığı olmayan şəxs) — hansı bir ölkəyə aid vətəndaşlığı olmayan və ya hansı bir vətəndaşlığa mənsubiyyətini təsdiq edən sübutları olmayan fiziki şəxsdir.
Azərbaycan qanunvericiliyinə uyğun olaraq:
Vətəndaşlığı olmayan şəxslər - Azərbaycan Respublikasının vətəndaşı olmayan və başqa dövlətin vətəndaşlığına mənsub olmayan şəxslərdir. |
Aralıq inzibati akt |
Aralıq inzibati akt - konkret icraatın təşkili və həyata keçirilməsi ilə bağlı inzibati orqan tərəfindən qəbul edilən akt |
Audit |
Audit — əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının, mühasibat və maliyyə hesabat-larının müstəqil yoxlanılmasıdır |
Auditor xidməti |
Təsərrüfat subyektlərində müqavilə əsasında maliyyə-təsərrüfat fəaliyyəti sahəsində yoxlama, ekspertiza, təhlil aparmaq və yazılı rəy vermək, mühasibat uçotu qurmaq, hesabat göstəricilərinin dürüstlüyünü təsdiq etmək və auditorun peşə fəaliyyətinə (auditor təşkilatının nizamnamə məqsədlərinə) uyğun olaraq maliyyə-təsərrüfat münasibətləri sahəsində digər xidmətləri göstərmək auditor xidməti hesab edilir. |
Azadlığın məhdudlaşdırılması |
Azadlığın məhdudlaşdırılması ittiham hökmü çıxarılanadək on səkkiz yaşı tamam olmuş məhkumların cəmiyyətdən təcrid olunmadan, lakin nəzarət altında xüsusi müəssisələrdə saxlanılmasından ibarətdir. |
Abolisiya |
Abolisiya - qanunun, qərarın ləğvi. |
Antisipasiya |
Antisipasiya (лат. anticipatio) - borc öhdəliyi üzrə pulun vaxtından əvvəl ödənilməsi. |
Education - This is a contributing Drupal Theme
Design by
WeebPal.